avtomobil yolu

Yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yol

avtomobil yollarının yenidən qurulması
avtomobil yolu təsərrüfatı
OBASTAN VİKİ
Avtomobil yolu
Avtomobil yolu — avtomobillərin hərəkəti üçün salınan, yaxud uyğunlaşdırılan yol. Müasir avtomobil yolunda avtomobilin sürətli və intensiv hərəkəti təhlükəsiz, fasiləsiz və rahat olmaqla bərabər, yük və sərnişin daşınması ucuz başa gəlməlidir. == Tarixi == SSRİ-nin iqtisadiyyatdakı əhəmiyyətinə görə ittifaq, respublika, yerli (rayon və kənd) və müəyyən idarə tableyində avtomobil yolları var idi. Azərbaycanda olan ittifaq. respublika və vilayət əhəmiyyətli avtomobil yollarının hamısına Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin, yerli yollar isə rayon icraiyyə komitələrinin nəzarətində idi. Bundan əlavə, "Azərneft" birliyi tabeliyində olan avtomobil yolları da var idi. SSRİ-də avtomobil yolları beş texniki dərəcəyə bölünürdü. Dərəcə bütün yol boyu və ya onun ayrı-ayrı hissələrində perspektiv (10–20 ildən sonra) orta gündəlik hərəkət intensivliyinə görə təyin edilirdi. Hərəkətin orta gündəlik intensivliyi (hər iki istiqamətdə) 7 min avtomobildən ço olduqda yol I dərəcəli, 3 mindən 7 minədək II dərəcəli, 1,000-dən 3 minədək III dərəcəli, 200-dən 1,000-dək IV dərəcəli və 200-dən az olduqda V dərəcəli adlanırdı. == İnşaatı == Yolun texniki normativləri (hərəkətin hesablanma sürəti, hərəkət zolaqlarının sayı, genişliyi, yol çiyinlərinin eni, üfüqi və şaquli əyrilərin ən kiçik radiusları, ən böyük uzunluq mailliyi, ən kiçik görmə məsafəsi, yol örtüyünün tipi və s.) onun texniki dərəcəsinə əsasən inşaat normaları üzrə müəyyənləşdirilir.
Bakı dairəvi avtomobil yolu
Bakı dairəvi avtomobil yolu — Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması, ağır tonnajlı yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinin təmin edilməsi üşün nəzərdə tutulmuş yol. 8 noyabr 2010-cu ildə təhvil verilib. BDAY şimal-cənub beynəlxalq nəqliyyat dəhlizini Böyük İpək Yolu ilə əlaqələndirərək, Bakı şəhərində tıxacların əhəmiyyətli dərəcədə azalmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verir. Bu yol sayı sürətlə artan nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edir. Birinci dərəcəli əsas yolun uzunluğu 21,5 kilometrdir. İki istiqamətli yerli yolun uzunluğu 4,8 kilometrdir. Yol nəqliyyat vasitələrinin əsas magistrala daxil olmadan digər istiqamətlərə hərəkətini istiqamətləndirir. Burada, həmçinin əhalinin rahatlığı təmin etmək üçün səsboğucu baryerlər quraşdırılmışdır. 27 yanaşma yolunun ümumi uzunluğu 11,7 kilometr, əsas yolun hərəkət hissəsinin eni 22,5 metrdir. Dairəvi yol hər iki istiqamətdə üç hərəkət zolağı olmaqla, altı hərəkət zolağından ibarətdir.
D1 avtomobil yolu (Slovakiya)
D1 avtomobil yolu (sloven. Diaľnica D1) — Slovakiyada avtomobil yolu. Magistral Bratislavadan başlayıt, Trnava, Trençin, Puxov, Jilina, Martin, Poprad, Preşov, Koşitse və Mixalovtse şəhərlərindən keçir, Slovakiya–Ukrayna sərhədində sona çatır. Yolun 515,621 km-dən artıq 365,789 km-i tikilib ki, bu da yolun 71%-nin hazır olması deməkdir. O, D2 (Bratislava), D3 (Jilina) və D4 (Bratislava) avtomagistrallarını, həmçinin R1 (Trnava), R2 (Trençin), R3 (Martin), R4 (Preşov) və R6 (Puxov) avtomobil yollarının üzərindən keçir; Avropa E50, E58, E75 və E571 marşrutlarının bir hissəsidir. Avtomobil yolu ödənişlidir və avtomobilin qabaq şüşəsində avtomobil üçün giriş icazə vərəqəsinin olması tələb edilir (Bratislavanın bir sıra zonaları istisna olmaqla). == Tarixçəsi == Avtomobil yolunun inşası haqqında ilk planlar 1930-cu illərdə ortaya çıxdı. Müharibəyə qədər Slovakiyada heç nə tikilməmişdi. Müharibə başladıqdan sonra bu iş təxirə salındı. Müharibənin bitməsindən sonra tikinti bir müddətlik yenə donduruldu və yalnız 1960-cı illərdə yenidən inşası bərpa edildi.
Füzuli-Şuşa avtomobil yolu
Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu" — Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. 7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər. == Tarixi == İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir. == İnşaası == Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir.
Füzuli–Şuşa avtomobil yolu

Toğanalı-Kəlbəcər avtomobil yolu
Toğanalı-Kəlbəcər avtomobil yolu və ya Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu — Göygöl şəhərindən Kəlbəcər şəhərinə Murovdağ silsiləsindən keçərək gedən birbaşa avtomobil yolu. Avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayıb, Kəlbəcər rayonunun İstisu qəsəbəsində bitəcək. Kəlbəcər 44 günlük Qarabağ müharibəsi bitdikdən sonra 25 noyabr 2020-ci ildə Azərbaycana təhvil verilmişdir. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Kəlbəcər rayonuna yeni avtomobil yolunun çəkilməsi olmuşdur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək. 2–4 hərəkət zolaqlı, uzunluğu 81 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılmışdır. Magistral yolun üzərində yerləşən 11,6 kilometrlik Murovdağ tunelinin təməli İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulmuşdur. Həmin gün uzunluğu 72,8 kilometr olan Kəlbəcər–Laçın avtomobil yolunda tikintisi nəzərdə tutulan 3,4 kilometr uzunluğunda tunelin tikintisinə başlanılmışdır.
Zəngilan-Horadiz avtomobil yolu
Zəngilan-Horadiz avtomobil yolu — Zəngilan rayonundan Horadiz şəhərinə birbaşa avtomobil yolu. Avtomobil yolunun təməli 2021-ci il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyevanın işğaldan azad edilmiş Zəngilan rayonu və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Zəngilan rayonuna yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2021-ci il aprelin 26-da İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın işğaldan azad edilmiş Zəngilan və Cəbrayıl rayonlarına səfəri zamanı Horadiz şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. Zəngilan-Horadiz avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 124 km təşkil edir. Yolunun 4–6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur.
Zəngilan–Horadiz avtomobil yolu

Ağdam–Xankəndi avtomobil yolu
Ağdam–Xankəndi avtomobil yolu və ya Ağdam-Əsgəran-Xankəndi yolu — Ağdam şəhərindən Xankəndi şəhərinə birbaşa avtomobil yolu. == Tarixi == 1980-ci illərdə Bakı şəhərindən Xankəndi və Şuşa şəhərlərinə getmək üçün respublika əhəmiyyətli Yevlax–Xocalı–Laçın avtomobil yolundan Ağdam şəhərinin mərkəzindən keçməklə istifadə olunurdu. Həmin illərdə Ağdam–Bərdə avtomobil yolunun 40-cı kilometrindən ayrılmaqla, Ağdam şəhərinin mərkəzinə daxil olmadan Əsgəran rayonunun inzibati ərazisinədək 17,5 kilometr uzunluğunda yerli əhəmiyyətli 2 hərəkət zolaqlı Ağdam dairəvi yolu çəkilib və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalınadək Qarabağın bütün əhalisi, eləcə də Laçın rayonunun əhalisi daimi olaraq bu yoldan istifadə edib. Ağdam şəhərindən Əsgəran rayonuna kimi məsafə 6 kilometr, Xankəndi şəhərinə 23 kilometr və Xankəndidən Şuşa şəhərinə qədər 11 kilometrdir. Bakı şəhərindən Ağdam şəhərinə kimi olan məsafə 360 kilometr, Xankəndi şəhərinə 383 kilometr, Şuşa şəhərinə 394 kilometr və Laçın şəhərinə qədər 435 kilometr təşkil edir. Qarabağ münaqişəsindən əvvəl Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu Qarabağın inkişafında önəmli rol oynayıb. Hazırda avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. == Keçdiyi yaşayış məntəqələri == Yol Bakı–Yevlax–Ağdam–Xankəndi avtomobil yolunun bir hissəsidir. Əsgəran qəsəbəsi və Xocalı şəhəri yolun üzərində yerləşir. Ağdam rayonundakı ilk tunc dövrünə aid Qarahacı yaşayış yeri yolun sağ tərəfindədir.
E-119 nömrəli avtomobil yolu
Azərbaycan Respublikası ərazisində "E" Beynəlxalq yollar şəbəkəsinə daxil olan "E-97" nömrəli Xerson-Poti-Bakı-Trabzon ("Tarixi İpək yolu" marşrutu ilə) və "E-119" nömrəli Moskva-Mahaçqala-Bakı-Astara avtomobil yolu (Rusiya Federasiyasının sərhədi) keçir. E-119 avtomagistral yolu Azərbaycan-İran sərhəddindəki Astara rayonundan Rusiyanın Moskva şəhərinə qədər uzanır. Uzunluğu 2630 km-dir. Avtomobil yolunun keçdiyi məntəqələr: Astara - Ələt - Bakı - Quba - Maxaçqala - Volqoqrad - Povorino - Tambov - Moskva. E-119 nömrəli avtomobil yolu Azərbaycan daxilində 2 marşrutdan ibarətdir. Bu Bakıdan şimal sərhəddinə qədər olan M2, Bakıdan Astaraya qədər olan M3 nömrəli avtomobil yolllarıdır.
M2 nömrəli avtomobil yolu (Azərbaycan)
M2 — Azərbaycanın paytaxtı Bakı ilə ölkənin şimal-qərb hissəsini birləşdirən avtomobil yolu. E-119 Avropa marşrutunun tərkib hissəsidir. Uzunluğu təxminən 503 kilometrdir. Yol Bakıda Avtovağzal Kompleksindən başlayır, Ələtdə M3 magistralı ilə ayrılır və sonra şimal-qərb istiqamətində Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Gəncə, Şəmkir, Ağstafa və Qazax ilə davam edərək, Gürcüstan Respublikası ilə dövlət sərhədində bitir. Örtüyü asfalt-betondur. Eni hər tərəfdən 2-3 zolaqdan ibarətdir.
M3 nömrəli avtomobil yolu (Azərbaycan)
M3 — Azərbaycanın ən mühüm magistrallarından biri. Yol Ələti İranla sərhəddə Astaranı birləşdirir. Sovet dövründə M3 nömrəsi M29 idi. 1991-2008-ci illər arasında M3 Bakıya qədər uzanırdı, lakin 2008-ci ildə yol şəbəkəsinin yenidən qurulması ilə qısaldıldı və o vaxtdan yalnız Ələtdən başlayır. Şimal hissəsi M2-yə təyin edildi. M3 əvvəlcə bir zolaqlı tikilmişdi, baxmayaraq ki, sovet dövründə bəzi hissələr artıq 2×2 zolaqlı idi. Xüsusilə 2000-ci ildən sonra M3 modernləşdirilmiş və əsasən keçmiş marşrut boyunca uzanan avtomobil yoluna çevrilmişdir. 2009-2011-ci illər arasında Ələt ətrafında yeni dolama yol çəkildi.
Avtomobil
Avtomobil (q.yun. αὐτός — özü, lat. mobilis – hərəkət edən) – mühərriklə hərəkətə gətirilən,sərnişin, yük və xüsusi avadanlıq daşıyan nəqliyyat vasitəsidir. Avtomobil hərəkət etdirici orqanı ilə (təkər, tırtıl, xizək) dayaq səthi (yol, torpaq) arasında yaranan ilişmə qüvvəsi nəticəsində hərəkət edir; minik avtomobili, yük avtomobili, avtobus və xüsusi təyinatlı avtomobillərə ayrılır. Bu avtomobil tipləri də müxtəlif əlamətlərə görə təsnif olunur. Məsələn: minik avtomobili mühərrikinin həcminə, qaabarit ölçülərinə, kuzasının (kuzovunun) tipinə (qapalı, açılabilən və açıq kuzalı) görə siniflərə ayrılır. Təyinatına görə nəqliyyat, xüsusi və yarış (idman) avtomobilləri olur. Nəqliyyat avtomobili yük, yük-sərnişin və sərnişin daşıyır. Sərnişin avtomobili minik avtomobili və avtobuslara ayrılır. Xüsusi avtomobillər üzərində quraşdırılmış müxtəlif təyinatlı (tikinti, sanitar, yanğın və s.) qurğuları daşımaq üçündür.
Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu
Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu – Azərbaycanın Neftçala rayonunda tikintisi hələ də davam edən avtomobil yolu. Avtomobil yolunun tikintisi haqqında ilk addım Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən atılmışdır. İlham Əliyev 29 may 2014-cü ildə imzaladığı sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq yolun tikintisi ilə bağlı 3 milyon manatın ayrılması barədə göstəriş vermişdir. Lakin işlər planlaşdırıldığı kimi getmədiyindən İlham Əliyev 25 sentyabr 2017-ci ildə əlavə tədbirlərin görülməsi barədə ikinci sərəncam imzalamış və büdcədən 21,5 milyon manatın ayrılmasını nəzərdə tutmuşdur. Avtomobil yolu 37 min nəfərin yaşadığı 19 kənd və 1 qəsəbəni birləşdirir. Yolun uzunluğu 55 kilometr, eni 12 metrdir. Bura 7 metr enində yolun hərəkət hissəsi və 2.5 metr enində çiyinlər daxildir. Avtomobil yolunun altından suların ötürülməsi üçün müxtəlif ölçülü 76 ədəd dəmir-beton su borusu quraşdırılıb, su keçidləri inşa edilib.
Şorkənd–Beştalı–Bankə–Şirvanlı avtomobil yolu

6x6 (avtomobil)
Altı təkərdən çəkiş (6WD və ya 6×6), avtomobilin mühərriki ilə eyni vaxtda hərəkət etdirilə bilən, hər oxda ən azı iki təkəri olan üç oxdan ibarət olan dörd təkərdən çəkiş sistemli sürət sistemi konfiqurasiyadır. dörd təkərdən çəkiş sistemli sürət sistemi konfiqurasiyalarından fərqli olaraq, konfiqurasiya böyük ölçüdə yol nəqliyyat vasitələri, zirehli maşınlar və traktorlar kimi ağır yol nəqliyyat vasitələri və hərbi nəqliyyat vasitələri ilə məhdudlaşır.
Hibrid avtomobil
Hibrid (mələz) avtomobillərin məqsədi benzin sərfiyyatını azaltmaqdır. Buna nail olmaq üçün onlar tıxaclar zamanı və aşağı sürətlərdə hərəkət zamanı benzin mühərriki əvəzinə elektrik mühərrikindən istifadə edərək atmosferə buraxılan tullantıların qismən sıfır olmasını təmin edirlər. Elektrik mühərrikinin işləməsi üçün tələb olunan enerji benzin mühərriki işə salındıqda və ya əyləcdən istifadə edilmə zamanı akkumulyatorlara yüklənir. Ona görə də bu avtomobillərin elektrik enerjisinə qoşularaq enerji ilə doldurulmasına ehtiyac yoxdur. Tələb olunan zaman benzin, tələb olunduğu zaman elektrik mühərriki ilə idarə oluna bilən ilk avtomobili Ferdinand Porsche 27 yaşında olarkən hazırlanmışdır. 1902-ci ildə “Mixte-Wagen” (“Qarışıq maşın”) adlandırdığı avtomobilini təqdim etmişdir. Vyanalı fayton istehsalçısı olan Ludwig Lohner ilə işləyən Porsche, 4 silindrli Daimler mühərrikinə akkumulyatorlar, generator və elektrik mühərrikləri əlavə etmişdir. Bu vəziyyəti ilə Mixte, benzin mühərriki dayandırıldığı zaman, batareyalarla işləyən elektrik mühərriki ilə irəliləməyə davam edə bilirdi. Təxminən 10 ildən sonra hibrid avtomobillərin benzinlə işləyən avtomobilləri əvəz edəcəyi düşünülür. Toyotanın Toyota Prius modeli, Hondanın Honda Insight ilə başlayan və bu gün Honda Civic Hybrid ilə davam edən seriyası hibrid avtomobillərə misal ola bilər.
Jaguar (avtomobil)
Jaguar — İngiltərə mərkəzli bir avtomobil markasıdır. 1920-ci ildə qurulan firmanı BLMC (British Leyland), 1990-cı ildə Forda satdı. Jaguar, 2008-ə qədər Fordun PAG adı verdiyi və Land Rover, Volvo, Aston Martın kimi lüks və prestijli markalardan meydana gətirdiyi alt qrupunda iştirak edirdi. 26 Mart 2008 tarixində Hindistanın ən böyük avtomobil markası Tataya satıldı. Ən əhəmiyyətli modeli 1965-ci ildə bazara yürüdülən E-Type, böyük bir satış müvəffəqiyyəti əldə etdi. Digər bir əhəmiyyətli model isə 1970-80-cı illər dövründə çıxarılan XJ-S 2 qapılı modeldir. Jaguar, avtomobillərinin mühərrik kapotunun üstündə iştirak edən və tullanan Jaguar fiqurunu, meydana gələ biləcək qəzalarda, piyadaların yaralanma riskini azaltmaq üçün dəyişdirmişdir. Firma, çıxardığı yeni modellərinə bu Jaguar fiquru yerinə, Jaguar şəkilli bir lövhə vurur.
Merkuri (avtomobil)
Merkuri — Ford Avtomobil Qrupu bünyəsində iştirak edən, yalnız Amerika bazarına satışı edilən avtomobil markasıdır. Fordun modellərini başqa bir ad altında çıxarmaqdadırlar.
Oka (avtomobil)
"Oka" ВАЗ (СеАЗ, КамАЗ) – 1111 — SSRİ və Rusiyanın birinci dərəcəli şəhər minik avtomobili. Avtomobil Voljsk Avtomobil Zavodunda işlənib, 1988–2008-ci illərdə AvtoVAZ, Kamaz və SeAZ-da buraxılıb. Bütün zavodlarda 700 min ədəd buraxılıb. 2004-cü ilin dekabırında Gəncə Avtomobil Zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil "Oka" işıq üzü görüb. 2013-cü ildə AvtoVAZ “Oka” avtomobilinin buraxılışını bərpa etmək istəyini bildirib.
Proton (avtomobil)
PROTON Holdinq — avtomobil dizaynı, istehsalı, paylanması və satışını həyata keçirən Malayziyanın ən böyük yerli avtomobil şirkətidir. Proton avtomobilləri hazırda ən azı 15 ölkədə satılır, əksəriyyəti Asiyada yerləşir. Şirkətin qərargahı Shah-Alam, Selanqor şəhərində yerləşir və Proton, Perakda filialları mövcuddur. Proton 1985-ci ildən fəaliyyətə başlamış və 1993-cü il Perodua yaradılana qədər ölkədə tək milli sertifikatlaşdırılmış avtomobil şirkəti olmuşdur. Başlanğıcda, fəaliyyət Mitsubishi avtomobillərinin təkmilləşdirilməsindən ibarət idi. 90-cı illərin ikinci yarısından şirkət yerli modelləri inkişaf etdirir. Şirkət 2000-ci ildə ilk yerli avtomobilini istehsal edərək Malayziyanı dünyada avtomobil istehsalına malik olan 11-ci ölkə olaraq tanıtdı. Şirkətin loqosu bir aypara və on dörd guşəli ulduz idi. Yalnız 90-cı illərin sonunda Proton bir pələng başı təsviri və "Proton" yazısı ilə yeni bir logoya sahib oldu. 3 avqust 2008-ci ildə Proton 3 milyonuncu avtomobilini buraxdı.
Yığcam avtomobil
Yığcam avtomobil, Yığcam maşın, Kompakt avtomobil, Kompakt maşın, Aşağı orta sinif, Alt orta sinif, Avropada C seqmenti, Kiçik ailə avtomobili və ya Orta avtomobil kimi də tanınan bu avtomobillər təxminən 4100-4600 mm uzunluğunda, kifayət qədər avadanlıq və performans təklif edən avtomobillərdirlər. Geniş model diapazonuna malik olan yığcam avtomobil sinfində hər bir kuzov tipli avtomobil tapmaq mümkündür. Buna görə də, avtomobil dünyasında ən çox satılan sinif kompakt sinifdir.
Krossover (avtomobil)
Krossover və ya CUV (crossover utility vehicle) SUV və minik avtomobilinin birləşməsidir. Krossoverlər FWD, RWD və ya 4WD tərtibatındakı sistemlər ilə mövcuddurlar və yüngül yolsuzluq imkanlarına malikdirlər.
Sükansız avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.
SAZ (avtomobil)
SAZ (rus.: ОАО « Сара́нский заво́д автосамосва́лов» - İxt: Saranskiy Zavod Avtosamosvalov - Az.: Saransk yük maşınları zavodu), Sovet Rusiyasında yük maşınları istehsalçısı olmuşdur. Şirkət özüboşaldan yük maşınlarının, yol qatarlarının, zibil daşıyan maşınların istehsalında ixtisaslaşmış və Saransk şəhərində (Mordoviya, Rusiya) yerləşir. Şirkət QAZ Qrupun daxilində yerləşir.